"Barselona" Yamalla yeni müqavilə imzalayacaq

22:22 - 6 May 2025

"Barselona" Lamine Yamalla olan müqaviləni uzatmaq üzrədir.

Sportal.az xəbər verir ki, "Diario Sport"un məlumatına görə, Katalon klubu Yamalin agenti Jorje Mendeşlə müqavilənin son detallarını razılaşdırmağa yaxındır. Klub, 18 yaşı tamam olduqdan sonra (13 iyulda) müqavilənin rəsmi elan olunmasını istəyir.

Yeni müqavilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq. Maaş və transfer məbləği (təzminat) hazırkı müqaviləyə nisbətən xeyli artırılacaq.

Bu mövsüm Yamal La Liqada 31 oyun keçirib və 12 məhsuldar ötürmə ilə liqada ən çox asist edən futbolçu olub.

Xəbər xətti