"Flamenqo" dünya çempionatı üçün Portuqaliya millisinin üzvünü transfer etməyi planlaşdırır

21:47 - 6 May 2025

"Flamenqo" iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək FIFA Klublararası dünya çempionatı öncəsi Joao Feliksi heyətinə qatmağı planlaşdırır.

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, Braziliya klubunun rəhbərliyi komandanın turnirdə uğurlu çıxışına ümid edir və bunun üçün heyəti gücləndirmək niyyətindədir.

"Çelsi"yə məxsus olan portuqaliyalı klubun əsas transfer hədəflərindən biridir. Feliksin "Milan"da icarə müddəti başa çatmaq üzrədir. "Rossonyerlər" onu saxlamaq istəmir.

25 yaşlı futbolçunun “Çelsi” ilə müqavilə müddəti 2031-ci il iyunun 30-na qədərdir. Forvard “Benfika”, “Atletiko”(Madrid), “Barselona” klublarının üzvü olub.

Xəbər xətti