Rafinya: "İtaliya millisinin heyətində AVRO-2020-yə yollana bilərdim"

17:49 - 6 May 2025

"Barselona"nın cinah oyunçusu Rafinya AVRO-2020-də çıxış edə bilərmiş. 

Sportal.az xəbər verir ki, həmin vaxtı yarımmüdafiəçi Braziliya millisində debüt etməmişdi. Rafinya İtaliya millisində oynamaq ehtimalı olduğu vaxtını belə xatırlayır:

"İtaliya millisində oynamağa yaxın idim. Onlarla birlikdə AVRO-2020-yə yollana bilərdim. Bu turnirin qalibi də oldular. Həmin vaxt İtaliya millisinin nümayəndələri mənə zəng edirdilər, Jorginyo də daim əlaqə saxlayırdı. İtaliya millisinin məni maraqlandıran heyrətamiz layihəsi var idi. Bununla belə, mən hələ də Braziliya millisində oynamaq arzusunda idim. Xoşbəxtlikdən pasportumu gec aldım".

Qeyd edək ki, Rafinyan həmin vaxtı Braziliya millisində debüt etməmişdi və bu da ona atası tərəfdən italyan köklərindən istifadə edərək bu ölkənin millisində oynamaq hüququ vermişdi.

Xəbər xətti