Azərbaycan millisinin üzvünü bu ölkənin klubları istəyir

20:22 - 6 May 2025

Milli komandamızın vingeri Ozancan Kökçünün yeni sezona hansı klubda başlayacağı hələ ki bəlli deyil.

Sportal.az xəbər verir ki, HİK-dən daha az şans gördüyü üçün ayrılan 26 yaşlı yarımmüdafiəçi Niderlanda qayıda bilər.

Onun heyətinə qatmaq istəyən yüksək liqanın 3 klubu var. Lakin Kökçü tam qərarını verməyib.

O, karyerası ərzində "Bursaspor", "Velveyk", "Sabah", "Giresunspor", "Telstar", "Eyndhoven" klublarında oynayıb.


 

Xəbər xətti