UEFA prezidenti: "İtaliyada futbol infrastrukturu biabırçı durumdadır"

18:22 - 6 May 2025

UEFA prezidenti Aleksander Çeferin İtaliyanın futbol infrastrukturunu sərt şəkildə tənqid edərək, onu biabırçı və böyük ölkələr arasında ən pisi adlandırıb. 

Sportal.az “Sport Mediaset”ə istinadən xəbər verir ki, Çeferin məsələ haqda  bu cür danışıb:

"İtaliyanın futbol infrastrukturu utancvericidir, biabırçı durumdadır. İtaliya ən böyük futbol güclərindən biridir, Dünya və Avropa Çempionatını qazanmış ölkədir. Çempionlar Liqasını da qazanan klubları çoxdur. Amma eyni zamanda, böyük ölkələr arasında ən pis infrastruktura sahibdir. Ümid edirəm ki, İtaliya bununla bağlı nəsə edəcək. Vəziyyət təcili hərəkətə keçməyi tələb edir, çünki bu, kritik durumdur".

Qeyd edək ki, İtaliya və Türkiyə əvvəllər AVRO-2032-nin ev sahibi kimi seçilib.

Xəbər xətti