Rumıniya “UTA Arad” klubunun baş məşqçisi Mirça Rednik "Kəpəz"lə danışıqlar apardığını etiraf edib.
Sportal.az “Prosport.ro” portalına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Azərbaycana geri qayıda bilər:
"Maliyyə baxımından azərbaycanlılar məni razı saldılar. Amma biz hələ mövsümün sonunu gözləyirik. Mən UTA-da sanki könüllü işləyirəm".
Qeyd edək ki, Rumıniya klubunda maliyyə problemi olduğu üçün uzun müddətdir ki, maaşlar verilmir.
Xatırladaq ki, daha əvvəl “Kəpəz”in rumıniyalı mütəxəssislə ilkin razılığa gəldiyi və tərəflərin 3 illik müqavilə imzalaya biləcəyi barədə xəbərlər yayılmışdı.63 yaşlı mütəxəssis əvvəllər "Xəzər Lənkəran"ı da çalışdırıb.
saytlarin hazirlanmasi