Milli komandamızın oyunu 7 avroya

13:50 - 8 May 2025

İyunun 7-də keçiriləcək Latviya - Azərbaycan beynəlxalq yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, paytaxt Riqada baş tutacaq qarşılaşmanı izləmək istəyən azarkeşlər 7 avrodan 30 avroya qədər xərcə düşəcəklər.

Matç Bakı vaxtilə saat 17:00-da başlanacaq. Baltikalılar "Skonto" klubunun ev matçlarını keçirdiyi stadionda reallaşacaq görüşdən 3 gün sonra DÇ-2026-nın seçmə qrup mərhələsi çərçivəsində Albaniya millisini qəbul edəcəklər.

Qeyd edək ki, yığmamız iyunun 10-da Bakıda Macarıstan futbolçuları ilə də yoldaşlıq duelində üz-üzə gələcək.

Xəbər xətti