Arteta: "Tarix yazmaq üçün Parisdəyik"

13:48 - 7 May 2025

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının yarımfinalında PSJ-yə qarşı cavab oyunu öncəsi mətbuat konfransında danışıb.

Sportal.az UEFA-ya istinadən xəbər verir ki, ispan mütəxəssis finala çıxacaqlarına inandığını deyib: 

"Biz tarix yazmaq üçün Parisdəyik. Finala bir qələbəmiz qalıb. Sözümüzü meydanda deməliyik. İlk matçın nəticəsi komandaların hər birinin qarşısında duran vəzifələri aydın şəkildə göstərir. Bizim vəzifəmiz daha aydındır. Nəyə qadir olduğumuzu bilirik. Kuboklar qazanmaq üçün doğru zamanda doğru yerdə olmaq lazımdır".

Qeyd edək ki, bu gün keçiriləcək matça Bakı vaxtı ilə 23:00-da start veriləcək. İlk görüşdə PSJ Londonda 1:0 qalib gəlib. 

Xəbər xətti