Türkiyənin "Qalatasaray" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul klubu "İverdon Sport"da çıxış edən Mussa Baradjini transfer etmək istəyir. Bu barədə "Foot Mercato" mlumat yayıb.
"Qalatasaray" fransalı yarımmüdafəçi üçün İsveçrə klubu ilə danışıqlara başlayacaq. Futbolçu ilə "Lester Siti" və "Torino" da yaxından maraqlanır.
Qeyd edək ki, "İverdon Sport" Mussa Baradjini "Lenyaqo" klubundan transfer edib 24 yaşlı orta xətt oyunçusu komandanın heyətində meydana çıxdığı 25 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi