"Sanderlend"in futbolçusu Cob Bellingem karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Borussiya" ingiltərəli yarımmüdafiəçini transfer etmək istəyir.Bu barədə "Sk Sports" televiziyası məlumat yayıb.
Dortmund klubunun 19 yaşlı oyunçunun keçidini yekunlaşdırmaq üzrə olduğu bildirilir. "Borussiya" qarşı tərəfə 25 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Sanderlend" Cob Bellingemi 2023-cü ilin yayında "Birmingem"dən transfer edib. İngiltərə U-21 millisinin üzvü olan gənc futbolçu bu mövsüm Çempionşip təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi