"Liverpul"un futbolçusu Premyer Liqada ən yaxşı seçildi

15:50 - 9 May 2025

İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı futbolçusu mlum olub.

Sportal.az xəbər verir ki, "Liverpul"un argentinalı yarımmüdafiəçisi Aleksis Mak Allister ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti mlumat yayıb.

26 yaşlı futbolçu azarkeşlərin və ekspertlərin səslərinə əsasən keçirilən sorğuda Rayan Ait-Nuri, Yorgen Larsen (ikisi də "Vulverhempton"), Harvi Barns, Ceykob Mörfi (ikisi də "Nyukasl"), Morqan Rocers ("Aston Villa") və Rayan Sessenyonu ("Fulhem") qabaqlayıb.

Qeyd edək ki, Aleksis Mak Allister aprel ayında İngiltərə çempionatında meydana çıxdığı 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti