Macarıstan millisini Bakıya bu məşqçi gətirəcək

14:48 - 9 May 2025

Macarıstan millisinin baş məşqçi postunda dəyişiklik olmayacaq.

Sportal.az xəbər verir ki, yerli federasiya Marko Rossinin müqavilə müddətini artırıb.

İtaliyalı məşqçi 2030-cu il iyunun 30-na qədər Macarıstan yığmasına rəhbərlik edəcək.

O, 2018-ci ildən bu millini çalışdırır. Qeyd edək ki, iyunun 10-da Azərbaycan və Macarıstan milliləri Bakıda üz-üzə gələcək.

Xəbər xətti