La Liqa tarixində ən sürətli het-trik - cəmi 11 dəqiqəyə

23:55 - 10 May 2025

"Atletiko"nun hücumçusu Aleksandr Sörlot La Liqanın 35-ci turunda keçmiş komandası "Real Sosyedad"a qarşı oyunda start heyətində meydana çıxıb.

Sportal.az xəbər verir ki, hazırda ilk hissəsi 4:0 yekunlaşan matçda norveçli futbolçu hesabı 7-ci dəqiqədə açıb, 10-cu dəqiqədə ikinci, 11-ci dəqiqədə isə hesabı darmadağın səviyyəsinə çatdırıb. Bu, La Liqa tarixində ən sürətli het-trik olub. Belə ki, Sörlot oyunun başlanmasından cəmi 10 dəqiqə 46 saniyə ərzində üç qol vurub. 30-cu dəqiqədə də komandasının 4-cü qoluna imza atan Sörlot poker etməyi bacarıb.

Ümumilikdə, Sörlot bu mövsüm İspaniya çempionatında 33 oyunda 13 qol vurub.

Xəbər xətti