Reşford "Barselona"nın radarında

00:32 - 11 May 2025

Markus Reşford hələ də "Barselona"nın maraq dairəsindədir.

Sportal.az xəbər verir ki, insayder Fabritsio Romano bildirib ki, klub hələ də "Mançester Yunayted"ə məxsus, hazırda icarə əsasında "Aston Villa"da çıxış edən hücumçunu transfer etməyi nəzərdən keçirir.

"Barselona" rəhbərliyi 27 yaşlı futbolçunun yayda transfer üçün əlçatan olacağına inanır. Kataloniya klubu Reşfordun həm mərkəzdə, həm də cinahda hücumda oynamaq bacarığını yüksək qiymətləndirir.

Bu mövsüm Markus İngiltərə Premyer Liqasında 25 oyunda 6 qol vurub.

Xəbər xətti