"Mançester Yunayted" doğma meydanda məğlub oldu - VİDEO

23:23 - 11 May 2025

İngiltərə Premyer Liqasında 36-cı turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, doğma meydanda "Vest Hem"i qəbul edən "Mançester Yunayted" 0:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, bu oyundan sonra "qırmızı şeytanlar" 39 xalla 16-cı, "Vest Hem" isə 40 xalla 15-ci pillədə qərarlaşıb.

İngiltərə Premyer Liqası
36-cı tur

17:15. "Mançester Yunayted" - "Vest Hem" - 0:2

Qollar: T.Souçek,26, J.Boven,57

Xəbər xətti