Braziliya milli komandasının baş məşqçisi postuna təyin olunmuş Karlo Ançelottinin köməkçilərindən biri müəyyənləşmək üzrədir.
Sportal.az xəbər verir ki, italyan mütəxəssis Kakanı məşqçilər korpusunda görmək istəyir. Bu barədə CNN televiziyası məluma yayıb.
Ançelotti "Milan"da onun rəhbərliyi altında oynamış veteran yarımmüdafiəçinı özünə köməkçi götürməyi planlaşdırır. 65 yaşlı məşqçi artıq Kaka ilə əlaqə saxlayaraq istəyini ona bildirib.
Qeyd edək ki, hazırda "Real"ın baş məşqçisi olan Karlo Ançelotti 26 may tarixindən etibarən Braziliya yığmasındakı işinə başlayacaq.
saytlarin hazirlanmasi