"Bornmut"un futbolçusu Din Heysenin növbəti mövsüm "Real"a keçəcəyi gözlənilir.
Sportal.az xəbər verir ki, "The Telegraph"ın məlumatına görə, madridlilər müdafiəçini "Çelsi" qarşısında mübarizədə məğlub edəcəklərinə əmindirlər. London klubu bu mübarizədə favorit sayılırdı, lakin ispaniyalılar irəlidədir, çünki futbolçu özü məhz "Real"da oynamağa üstünlük verir.
"Real" artıq Heysenlə danışıqlar aparıb və ehtimal edilir ki, ona "Çelsi"dən çox daha yüksək maaş təklif edəcək.
Futbolçunun sərbəst qalma məbləği (50 milyon funt) heç bir klub üçün problem olmayacaq, çünki bu məbləğ "Bornmut"a üç hissə ilə ödənilə bilər.
Din Heysen üçün digər namizədlər arasında "Liverpul" və "Arsenal" da adı çəkilir, amma "Real" transferi üzərində xüsusilə fəal işləyir.
saytlarin hazirlanmasi