İsveçrənin Sürix şəhərində UEFA tərəfindən təşkil olunan “Respect Forum 2025” tədbiri keçirilib.
Sportal.az xəbər verir ki, bu il qadınlar arasında Avropa çempionatının bir neçə oyununa ev sahibliyi edəcək “Letzigrund” stadionunda təşkil olunan forumda AFFA-nı İnfrastruktur Departamentinin aparıcı mütəxəssisi Zəhra Vəlizadə təmsil edib.
İştirakçılar 17 müxtəlif işçi qrupuna bölünüb və hər qrup davamlılığın konkret bir istiqaməti üzrə müzakirələr apararaq, innovativ və praktik həll yolları üzərində çalışıb. Zəhra Vəlizadə “Smart and Welcoming Stadiums” (Ağıllı və Qonaqpərvər Stadionlar) adlı işçi masada yer alaraq müasir stadionlarda əlçatanlıq, texnologiyaların inteqrasiyası, inklüzivlik və azarkeş təcrübəsinin yaxşılaşdırılması kimi mövzularda keçirilən müzakirələrə qatılıb. Stadionların təkcə idman tədbirləri üçün deyil, həm də sosial birləşdirici məkanlar kimi fəaliyyət göstərməsi ilə bağlı yanaşmalar, yaşıl texnologiyaların tətbiqi və daha təhlükəsiz, inklüziv infrastrukturun yaradılması yolları ətrafında fikir mübadiləsi aparılıb.
Forumda UEFA-nın sosial və ekoloji davamlılıq strategiyası çərçivəsində 2021–2030-cu illər üçün hədəflər, eləcə də “Strength Through Unity” strategiyası əsas götürülərək icra edilən “FootbALL” proqramı və bu proqram çərçivəsində yeni təqdim olunan rəqəmsal platforma haqqında məlumat verilib.
saytlarin hazirlanmasi