Alonso "Real"a keçsə... - müdafiəçidən kluba təzyiq

00:19 - 14 May 2025

"Bayer"in futbolçusu Pyerro İnkapiye "Real"a keçə bilər.

Sportal.az xəbər verir ki, "Marca"nın məlumatına görə, müdafiəçi Madrid klubunun transfer siyahısında yer alır. Hazırda İnkapiye Leverkuzen klubunda Xabi Alonso ilə çalışır, o isə "Real"a baş məşqçi kimi keçməyə yaxın sayılır. Alonsonun Madrid klubuna gəlişi ilə bu transferin də reallaşması gözlənilir.

23 yaşlı futbolçu özü də bu keçidin reallaşmasını istəyir və "Bayer"ə Madrid klubu ilə razılığa gəlməsi üçün təzyiq göstərir.

Cari mövsümdə ekvadorlu müdafiəçi Bundesliqada 31 oyunda iştirak edib, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti