"Liverpul"dan Səudiyyə Ərəbistanı klubuna

10:49 - 14 May 2025

"Liverpul" və Uruqvay millisinin forvardı yeni sezona fərqli çempionatda başlayacaq.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, uruqvaylı hücumçuya "Əl-Hilal" sərfəli təklif göndərib.

Nunyes həmin təklifi dəyərləndirmək fikrindədir.

2022-ci ildə "Benfika"dan "Liverpul"a keçən 25  yaşlı forvard Səudiyyə Ərəbistanında oynamaq istəyir.

Onun "Liverpul"la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Ərəblər "Liverpul"u razı sala bilsə, Nunyes "Əl-Hilal"la müqavilə imzalayacaq.

Xəbər xətti