"Atletiko"nun futbolçusu Anxel Korrea komandadan ayrılmağa yaxındır.
Sportal.az xəbər verir ki, argentinalı vinger karyerasını Meksikada davam etdirə bilər. Bu barədə "Relevo" nəşri məlumat yayıb.
Artıq klublar arasında anlaşma əldə olunduğu bildirilir. Meksika klubu 30 yaşlı ön xətt oyunçusu üçün 6 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Atletiko" Anxel Korreanı 2015-ci ilin yanvar ayında "San Lorentso"dan transfer edib. Təcrübəli futbolçu bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi