Premyer Liqa klubu 39 yaşlı futbolçu ilə müqavilə imzalayacaq

20:31 - 14 May 2025

İngiltərənin "Brayton" klubu mövsümün sonunda müqaviləsi başa çatan Ceyms Milnerlə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 39 yaşlı yarımmüdafiəçini komandada saxlamaq istəyir. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

İngiltərə milli komandasının sabiq üzvü ilə 1 illik yeni müqavilə imzalanacaq.

Qeyd edək ki, Ceyms Milner 2023-cü ilin yayından "Brayton"da çıxış edir. Təcrübəli oyunçu bu mövsüm "qağayılar"ın heyətində Premyer Liqada 3 oyunda iştirak edib.

Xəbər xətti