"Mançester Yunayted" "Aston Villa"ya icarəyə verdiyi Markus Reşfordla yollarını ayırmaq istəyir.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" ingiltərəli vingeri satmağı planlaşdırır. Bu barədə "Telegraph" nəşri məlumat yayıb.
"Mançester Yunayted" Reşford üçün gələn təklifləri dəyərləndirəcək. Klub 27 yaşlı futbolçuya 40 milyon funt-sterlinq qiymət qoyub.
Qeyd edək ki, bu ilin fevral ayında "Aston Villa"ya icarəyə verilib. İngiltərə millisinin üzvü Birmingem təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi