"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Portuqaliya milli komandasını çalışdıra bilər.
Sportal.az xəbər verir ki, bu barədə "Haber Türk" televiziyası məlumat yayıb. 62 yaşlı mütəxəssisin artıq Portuqaliya Futbol Federasiyası ilə razılıq əldə etdiyi bildirilir.
Mənbənin məlumatna görə, Mourinyo UEFA Millətlər Liqasının finalından sonra yığmada işə başlayacaq.
Qeyd edək ki, Joze Mourinyo mövsümün əvvəlində "Fənərbaxça"nın baş məşqçisi təyin olunub. Onun İstanbul klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi