Kamerun millisinin hücumçusu Vinsent Aboubakar “Qarabağ” a təklif edilib.
Sportal.az xəbər verir ki, 33 yaşlı hücumçu Ağdam klubunda oynamaq istəyir.
O, komandanın Çempionlar Liqasındakı çıxışına görə bu addımı atmaq niyyətindədir. Abubakarın son klubu bir müddət əvvəl yollarını ayırdığı “Hatayspor” olub.
33 yaşlı hücumçu hazırda azad agent statusundadır. Forvard əvvəllər “Koton Sport”, “Valansyen”, “Loryan”, “Porto”, “Beşiktaş”, “Əl-Nəsr” klublarında çıxış edib.
saytlarin hazirlanmasi