İngiltərəli futbolçu "Barselona" və "Real"ın hədəfində

21:47 - 15 May 2025

"Kristal Pelas"ın yarımmüdafiəçisi Adam Uorton Avropanın böyük klublarının diqqət mərkəzinə düşüb.

Sportal.az xəbər verir ki, "Barselona", "Real", "Liverpul" və "Mançester Siti" ingiltərəli futbolçunu transfer etmək istəyir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

"Kristal Pelas" futbolçusunu satmağın əleyhinə deyil. London klubu 21 yaşlı dayaq yarımmüdafiəçisi üçün 70 milyon avro tələb edir.

Qeyd edək ki, "Kristal Pelas" Adam Uortonu 2024-cü ilin fevral ayında "Blekbörn"dən transfer edib. İngiltərə U-21 millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti