Di Mariya turnirdən sonra komandadan ayrılacaq

22:43 - 15 May 2025

Anxel Di Mariya Klublararası Dünya Çempionatından sonra “Benfika”dan ayrılacaq.

Sportal.az xəbər verir ki, "TyC Sports"un məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi turnirdən sonra azad agent olacaq. 2025-ci ildə Klublararası Dünya Çempionatı 15 iyun – 13 iyul tarixlərində ABŞ-da keçiriləcək.

Di Mariya ötən mövsüm "Benfika"ya qayıtmışdı. Argentinalı futbolçu peşəkar karyerasına məhz bu Portuqaliya klubunda, 2008-ci ildə başlamışdı.

Hazırkı mövsümdə Di Mariya Portuqaliya çempionatında 24 oyun keçirib, 8 qol vurub və 5 assist edib.

Xəbər xətti