Premyer Liqa klubunun futbolçusu karyerasını başa vurur

17:34 - 16 May 2025

"Sumqayıt"ın kapitanı Vüqar Mustafayev futbolçu karyerasını başa vurur.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bununla bağlı mayın 17-də, Misli Premyer Liqasının XXXV turunda "Turan Tovuz"la matçdan əvvəl tədbir keçiriləcək.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi 2019-cu ildən "gənclik şəhəri" təmsilçisinin formasını geyinir.

Xəbər xətti