Bu gün Azərbaycan 1-ci liqasında 26-cı tura yekun vurulub.
Sportal.az xəbər verir ki, doğma meydanda "Qaradağ Lökbatan"ı qəbul edən "Karvan" 2:2 hesablı heç-heçə edib.
Qeyd edək ki, sona 1 tur qalmış "Qaradağ Lökbatan"ın 23 xalla sonuncu pillədə olacağı dəqiqləşib. 3-cü pillədə qərarlaşan "Karvan"ın isə Premyer Liqaya yüksələcəyi öncəki turlarda dəqiqləşmişdi.
17:00. “Karvan” – “Qaradağ Lökbatan” - 2:2
Qollar: E.Morgan, 50; E.Qasımov, 74 – T.Mütəlimov, 10; T.Əmircanov, 45 - pen.
Hakimlər: Mahmud Bağırzadə, Nurlan Əhmədzadə, Rasim Axundov, Ruslan Quliyev
Yevlax şəhər stadionu
saytlarin hazirlanmasi