"Sabah" Rusiyada finala yüksəldi - "Rubin"lə qarşılaşacaq

13:11 - 16 May 2025

Rusiyanın Kazan şəhərində keçirilən "East Cup Kazan" beynəlxalq futbol turnirində qrup mərhələsi başa çatıb.

Sportal.az xəbər verir ki, "Sabah"ın U-10 komandası qrupda Tacikistanın "Babilon" (2:1), Qırğızıstanın "Abdış-Ata" (9:1) və Qazaxıstanın "Elimay" (6:0) komandalarına qalib gəlib, yalnız Rusiyanın "Nefteximik" komandasına 1:2 hesabı ilə məğlub olub.

Azərbaycan təmsilçisi qrup mərhələsini birinci sırada tamamlayaraq turnirin həlledici oyununa vəsiqə qazanıb.

Baş məşqçi Məhərrəm Müslümzadənin rəhbərlik etdiyi kollektiv sabah finalda Rusiyanın "Rubin" komandası ilə üz-üzə gələcək.

Xəbər xətti