"Qalatasaray"dan qapıçısı ilə bağlı qərar

11:51 - 16 May 2025

"Qalatasaray" müqaviləsi gələn il başa çatan qapıçı Günay Güvençlə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi türk qolkiperi komandada saxlamaq istəyir. Bu barədə "Sabah nəşri məlumat yayıb.

"Sarı-qırmızılar" Günayın sözləşməsini daha 1 illik uzadacaq. Artıq təcrbəli "əlcə sahibi" ilə razılıq əldə olunub.

Qeyd edək ki, "Qalatasaray" Günay Güvençi 2023-cü ilin avqust ayında "Qaziantep"dən transfer edib. Qapıçı bu mövsüm "cim bom"un heyətində 13 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti