"Qarabağ"ın sabiq məşqçisi İngiltərə klubundan ayrıldı 

10:17 - 16 May 2025

İngiltərənin "Hall Siti" klubu baş məşqçi Ruben Selleslə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İspan mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

41 yaşlı çalışdırıcı ötən ilin dekabr ayında "Hall Siti"nin baş məşqçisi təyin olunmuşdu.

Qeyd edək ki, Ruben Selles daha əvvəl Azərbaycanda çalışıb. O, 2012-2014-cü illərdə "Neftçi"də, 2015-2017-ci illərdə isə "Qarabağ"da köməkçi məşqçi vəzifəsini yerinə yetirib.

Xəbər xətti