"Yuventus" "Portu"dan icarəyə götürdüyü Fransisko Konseysau ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi portuqaliyalı vingeri komandada saxlamayacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Yuventus" 22 yaşlı futbolçu üçün 30 milyon avroluq satınalma bəndini işə salmayacaq. Turin təmsilçisi bu məbləğə hücumçu transfer etməyi planlaşdırır.
Qeyd edək ki, "Yuventus" Fransisko Konseysaunu mövsümün əvvəlində icarəyə götürüb. Portuqaliya millisinin üzvü "ağ-qaralar"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb ört.
saytlarin hazirlanmasi