"Zirə"nin potensial rəqibləri: "Makkabi", “Omoniya” və “Astana”

16:22 - 16 May 2025

“Zirə” yeni mövsümə ya Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən, ya da Avropa Liqasının 1-ci təsnifat mərhələsindən başlaya bilər.

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasına ancaq ölkə kubokunun finalında “Qarabağ” “Sabah” qalib gələcəyi təqdirdə, yollanacaq. 

Hazırda isə “Zirə” Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci raundunda iştirakını mütləq şəkildə təmin edib və hazırda səpələnməmişlər səbətindədir.

“Qartallar” Konfrans Liqasından başlasa, potensial rəqibləri arasında 44 klub olacaq. Bunlardan hazırda yalnız 9-u məlumdur: “Makkabi” (Hayfa, İsrail), “Omoniya” (Kipr), “Astana” (Qazaxıstan), “Riqa” (Latviya), AEK (Yunanıstan), “Balkan” (Kosovo), “DAK 1904” (Slovakiya), “Rosenborq” (Norveç) və “Vikinq” (Norveç). Turun 46 iştirakçısının səbətləri də qeyri-müəyyən olaraq qalır.

İkinci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 18-də keçiriləcək.

Xəbər xətti