"Mançester Yunayted" İngiltərə Premyer Liqasında klub tarixinin antirekordunu yeniləyib. 37-ci turda "Çelsi" "qırmızı şeytanlar"ı evdə 1:0 hesabı ilə məğlub edib. Bu, komandanın ardıcıl üçüncü məğlubiyyəti olub.
Sportal.az xəbər verir ki, Mövsümə Erik ten Haqın rəhbərliyi ilə başlayan, indi isə Ruben Amorim tərəfindən çalışdırılan "Mançester Yunayted" bu məğlubiyyətlə Premyer Liqa çərçivəsində 18-ci dəfə uduzub. Bu, klubun 1992/93 mövsümündən bəri bir mövsümdə ən çox məğlubiyyət göstəricisidir.
Çempionatın son turu ərəfəsində "Mançester Yunayted" cəmi 39 xalla 16-cı yerdə qərarlaşıb və artıq Premyer Liqa tarixində ən az xal topladığı mövsümü keçirdiyi rəsmən təsdiqlənib.
saytlarin hazirlanmasi