"Real" müdafiəçinin transferi ilə bağlı bütün detalları razılaşdırdı - tibbi müayinədən keçir

22:01 - 16 May 2025

"Real" Din Heysenin transferi ilə bağlı bütün detalları razılaşdırıb.

Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, Heysen hazırda Londonda "kral klubu"nun yeni futbolçusu kimi tibbi müayinənin əsas mərhələsindən keçir.

Yaxın zamanda rəsmi müqavilə imzalanacaq və futbolçu Klub Dünya Çempionatında iştirak edəcək.

Madrid klubu 20 yaşlı "Bornmut" və İspaniya millisinin müdafiəçisi üçün təzminat olaraq 50 milyon funt sterlinq (58 milyon avro) ödəyəcək. Heysen 2030-cu ilə qədər illik 9 milyon avro maaşla müqavilə imzalayacaq.

"Real" Hayseni yüksək istedad hesab edir və yaxın vaxtlarda komandanın baş məşqçisi olacaq Xabi Alonso da onun transferində çox maraqlı olub.

Xəbər xətti