"Tottenhem" mövsümün sonunda baş məşqçi Ange Posteqoqlu ilə yollarını ayıracaq.
Sportal.az xəbər verir ki, Premyer Liqa klubunun bu vəzifə üşün əsas hədəfi hazırda "Ayaks"ı çalışdıran Françesko Fariolidir. "Tottenhem" rəhbərliyi italyan məşqçini uzunmüddətli layihənin bir hissəsi kimi düşünür.
Fariolinin "Ayaks"la müqaviləsində 5 milyon avroluq sərbəstqalma maddəsi var. London klubu 36 yaşlı mütəxəssis üçün bu məbləği ödəməyə hazırdır.
Qeyd edək ki, Françesko Farioli mövsümün əvvəlində "Ayaks"ın baş məşqçisi təyin olunub. Amsterdam təmsilçisi Niderland çempionatında son 4 həftədə yaşadağı xal itkiləri ilə liderliyi əldən verib və mövsümün bitməsinə 1 tur qalmış PSV-dən 1 xal geridə olmaqla 2-ci yerdədir.
saytlarin hazirlanmasi