Viktor Osimhenə Səudiyyə Ərəbistanından təklif

15:20 - 17 May 2025

İcarə əsasında "Qalatasaray"da çıxış edən Viktor Osimhen karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, nigeriyalı hücumçu Asiya ölkəsindən sərfəli təklif alıb. Bu barədə "Takvim" nəşri məlumat yayıb.

Adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu Osimhenə illik 45 milyon avro maaş təklif edib. 26 yaşlı forvard gələcəyi ilə bağlı qərarını yayda verəcək.

Qeyd edək ki, "Qalatasaray" Viktor Osimheni mövsümün əvvəlində "Napoli"dən icarəyə götürüb. Nigeriya millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 35 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti