“Qarabağ”ın futbolçusu Yassin Benzia Azərbaycanı tərk edə bilər.
Sportal.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi Tunis klubuna keçə bilər.
Bu barədə “AlkassTVSports” nəşri məlumat verib. Əlcəzair millisinin üzvü “Esperans”la danışıq aparır.
Klublararası dünya çempionatına qədər “Esperans”ın Benzianın keçidini həll etmək istəyində olduğu bildirilir.
Əlavə edək ki, Yassinin “Qarabağ”la müqavilə müddəti iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi