"Ayın qolu" layihəsinin qalibi mükafatlandırıldı

10:41 - 17 May 2025

I Liqada "Ayın qolu" layihəsi çərçivəsində aprel ayının ən yaxşı qolunun müəllifi olan İbrahim Əliyev mükafatlandırılıb.

Sportal.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

MOİK-in futbolçusuna mükafatı XXVI turun MOİK - "Mingəçevir" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.

Xəbər xətti