Dünya çempionu klubundan ayrılır

11:16 - 17 May 2025

Emiliano Martines yayda "Aston Villa"dan ayrılacaq.

Sportal.az xəbər verir ki, argentinalı qapıçı Premyer Liqanın 37-ci turunun "Tottenhem"lə ev oyunundan (2:0) sonra azarkeşlərlə vidalaşıb.

Martinesə Səudiyyə Ərəbistanından təkliflər var. Lakin 32 yaşlı qolkiper Asiyaya yollanmağı düşünmür. Dünya çempionu Avropada qalmaq niyyətindədir.

Qeyd edək ki, "Aston Villa" Emiliano Martinesi 2020-ci ilin yayında "Arsenal"dan trnsfer edib. Təcrübəli "əlcək sahibi" bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 52 rəsmi matçda meydanda olub. 

Xəbər xətti