Vurğun Hüseynov: "Hələ ki özümü məşqçi hesab etmirəm"

20:34 - 17 May 2025

"Sumqayıt" Misli Premyer Liqasının 35-ci turunda doğma meydanda "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, "kimyaçılar"ın məşqçisi Vurğun Hüseynov oyundan sonra keçirilən mətbuat konfransın jurnalistlərin suallarını cavablandırıb:

- Hələ ki özümü məşqçi hesab etmirəm. Biz özümüzü məşqçi hesab etsək, neçə illərdir nəticə qazanan məşqçilərə hörmətsizlik etmiş olarıq. Vüqar Mustafayev karyerasını başa vurdu. Ona ən xoş arzularımı çatdırıram. Biz demək olar ki, heç nə etməmişdik. Futbolçular sağ olsunlar, meydana çıxıb özləri oynadılar. Sonuncu ev oyunumuz idi. Azarkeşlərə yaxşı nəticə hədiyyə etmək istəyirdik. Amma olmadı.

- Baş məşqçi olmaq istəyərsiz?

- Neçə il futbol oynamışam. Amma məşqçilik tam başqa bir şeydir. Həqiqətən çox çətindir. Futbol oynamağa nə var ki? Məşqçi bütün kollektivə cavabdeh olmalıdır. Bunun üçün böyük təcrübə lazımdır. Məşqçi ola bilməsəm, başqa sahəyə yönələcəyəm.

- Məğlubiyyətin səbəbi nə idi? Vaqif Cavadovun gedişi komandaya necə təsir etmişdi?

- Vaqif müəllimə uğurlar arzulayıram. Məşqçi işi belədir. Bu gün işləyirsən, sabah işləmirsən. Futbolçular peşəkardır. Onların üzərinə düşən odur ki, meydana çıxıb mübarizə aparsınlar.

Elçin Əlixan

Xəbər xətti