"Neftçi" "Səbail"lə matça 5 itki ilə çıxacaq

22:42 - 17 May 2025

"Neftçi" Misli Premyer Liqasının 35-ci turunda “Səbail”lə matçın hazırlığını başa çatdırıb. 

Sportal.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb. 

Bakı klubu bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. "Neftçi"nin futbolçuları Emil Səfərov, Rafael Quzzo, Höccət Haqverdi və Yuri Matias zədə səbəbindən, Elvin Camalov isə cəzalı olduğu üçün bu görüşü buraxacaqlar.

Qeyd edək ki, mayın 18-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Səbail” oyunu saat 17:00-da başlanacaq

Xəbər xətti