"Barselona"nın prezidenti Yamalın müqaviləsi haqqında: "Hər şey artıq razılaşdırılıb"

12:22 - 18 May 2025

“Barselona”nın prezidenti Joan Laporta komandanın hücumçusu Lamine Yamalın müqaviləsinin artırılması ilə bağlı sualı cavablandırıb.

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, klub prezidenti futbolçusu barədə bunları deyib:

“Yamal “Barsa”nı sevən və bu nəslin bir parçası olan dahidir. Lamin müstəsna fərdi istedada malik futbolçudur. Eyni zamanda, komandada özünü rahat hiss edən kollektiv oyunçusudur. Onun agenti Xorxe Mendesdir, onunla asan ünsiyyətimiz var. Yamalla müqavilə müddətinin artırılması demək olar ki, razılaşdırılıb. Yalnız imza atmaq qalıb”.

Daha əvvəl iddia olunduğu qədərilə, Yamal "Barselona" ilə 4 illik müqavilə imzalayacaq. Laminin müqavilə müddəti gələn il başa çatacaqdı.

Xəbər xətti