"Napoli" uruqvaylının transferi üçün danışıqlara başladı 

14:49 - 18 May 2025

“Napoli” “Liverpul”un hücumçusu Darvin Nunyesi transfer etməkdə maraqlıdır.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, Neapol təmsilçisi uruqvaylı forvardın transferini prioritet məsələ hesab edir.

“Qırmızılar” da Darvini bu yay satmağı düşünə bilər. “Napoli” onun mümkün transfer şərtləri ilə bağlı “Liverpul”la danışıqlar aparır.

25 yaşlı futbolçuya Səudiyyə Ərəbistanı çempionatının klubları da maraq göstərir. Nunyesin “Liverpul”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
 

Xəbər xətti