"Sabah" Rusiyada keçirilən beynəlxalq turnirdə ikinci oldu

11:56 - 18 May 2025

Rusiyanın Kazan şəhərində keçirilən "East Cup Kazan" beynəlxalq futbol turnirinə yekun vurulub.

Sportal.az xəbər verir ki, "Sabah"ın U-10 komandası turnirin həlledici oyununda Rusiyanın "Rubin" (Kazan) komandası ilə qarşılaşıb.

Matç rəqibin 4:3 hesablı qələbəsi ilə nəticələnib. Baş məşqçi Məhərrəm Müslümzadənin rəhbərlik etdiyi "Sabah" turniri ikinci pillədə başa vurub.

"Sabah"ın futbolçusu Muronur Əlili yarışın ən yaxşı futbolçusu seçilib.

Xəbər xətti