Almaniya “Nürnberq” klubunun və Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin xidmətində maraqlı olan daha bir klubun adı bəlli olub.
Sportal.az xəbər verir ki, 27 yaşlı vingeri “Kayzerslautern” istəyir.
İkinci Bundesliqa klubunun rəsmiləri Emrelini heyətinə qatmaq üçün addımlar atıb.
Xatırladaq ki, bundan əvvəl mətbuatda Almaniyanın digər klubu "Sent Pauli"nin Milli forvardı transfer etmək istəyi barədə məlumat yayılmışdı.
Emrelinin Almaniyanın “Nürnberq” klubu ilə müqaviləsi mövsüm bitdikdən dərhal sonra başa çatacaq.