Ten Haq sabiq klubuna qayıda bilər

17:53 - 19 May 2025

Françesko Farioli ilə yollarını ayıran "Ayaks" baş məşqçi postuna axtarışları davam etdirir.

Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisini çalışdırmağa əsas namizəd Erik ten Haqdır. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Ayaks" rəhbərliyi qısa müddət ərzində niderlandlı mütəxəssislə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Erik ten Haqı son iş yeri "Mançester Yunayted" olub. 55 yaşlı məşqçi 2017-2022-ci illərdə "Ayaks"da çalışıb.

Xəbər xətti