Bu gün Milli Gimnastika Arenasında "Legends Cup" çərçivəsində yoldaşlıq mini-futbol oyunu keçirilib.
Sportal.az xəbər verir ki, “Neftçi 2000-ci illər” komandası “Premyer Liqa məşqçiləri” komandası ilə qarşılaşıb və əsas vaxt 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə “Neftçi” uduzub – 2:3.
Oyunda qolları Əfran İsmayılov (“məşqçilər”) və Rəşad Sadıqov (“Neftçi”) vurublar. Qalibiyyəti gətirən penalti zərbəsini isə Rəşad Sadıxov (“məşqçilər”) dəqiq yerinə yetirib.
“Neftçi” veteranlarının baş məşqçisi Ağasəlim Mircavadov, “məşqçilər”in isə Qurban Berdıyev olub.
Oyun saat 20:00-da başlayıb və Bakıda keçiriləcək mini-futbol üzrə dünya çempionatına həsr olunub.
saytlarin hazirlanmasi