"Vulverhempton"un hücumçusu Mateus Kunyanın "Mançester Yunayted"ə transferi yekunlaşmaq üzrədir.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" braziliyalı forvardla şəxsi müqavilənin detallarını razılaşdırıb. Bu barədə insayder Fabritsio Romano məlumt yayıb.
"Mançester Yunayted" Kunyanın klubu ilə danışıqları davam etdirir. Keçidin yayda yekunlaşmaq ehtimalı yüksəkdir.
Qeyd edək ki, "Vulverhempton" Mateus Kunyanı 2023-cü ilin yanvar ayında "Atletiko"dan transfer edib. Braziliya millisinin üzvü olan 25 yaşlı forvard bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 34 rəsmi matçda 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qallb.
saytlarin hazirlanmasi